• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Neftçi” afrikalı futbolçusu ilə yollarını ayırır

İDMAN

25 Dekabr 2021 | 20:25 | Müəllif: Subhan Mahmudov

“Neftçi” afrikalı futbolçusu ilə yollarını ayırır

“Neftçi” klubu qış transfer dönəmində futbolçusu Mamadu Kane ilə yollarını ayıra bilər.

Bakıvaxtı.az “Report”a istinasən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Yunanıstan “Olimpiakos”una qayıdacağı gözlənilir.

Komanda bir neçə legioneri ilə vidalaşacağı üçün qvineyalı oyunçuya ehtiyac duyub.

Kanenin millidəki komanda yoldaşı Mendi Kamara Afrika Millətlər Kubokunun oyunları üçün dəvət almayıb. “Olimpiakos” onu satmaq istəsə də, hələlik bu səbəbdən fikrindən daşınmalı olub.

Yunanıstan klubunda daha əvvəl legionerlərin çoxluğu çempionatdakı limitə görə əsas göstərilib və bu səbəbdən Mamadu Kane icarəyə verilib. Artıq bu məsələ də həllini tapmaq üzrədir. Çünki “Olimpiakos” bir neçə legioneri ilə vidalaşmaq ərəfəsindədir. Portuqaliyalı Ruben Semedu karyerasını ölkəsində davam etdirəcək. Dayaq yarımmüdafiəçisi mövqeyində də çıxış edən 27 yaşlı oyunçu karyerasını “Portu”da davam etdirməyə çox yaxındır. Baş məşqçi Pedro Martins serbiyalı müdafiəçi Svetazor Markoviçi də komandada görmək istəmir. Onun da qışda başqa kluba keçəcəyi ehtimal olunur. Müqaviləsi başa çatan mərakeşli hücumçu Yusuf El-Arabi ilə maliyyə məsələlərində hələlik razılıq əldə olunmayıb.

Paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin “Report”a açıqlamasında bununla bağlı kluba rəsmi məlumat daxil olmadığını bildirib:

“Mamadu Kane hazırda milli komandasının düşərgəsinə yollanıb. Yunanıstan tərəfindən bizə hansısa məlumat gəlməyib”.

O, 2019-cu ilin yanvarından “Neftçi”də çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026