• Bakı 17° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

“Neftçi” daha bir legioneri ilə vidalaşdı

İDMAN

25 Yanvar 2022 | 22:19 | Müəllif: Subhan Mahmudov

“Neftçi” daha bir legioneri ilə vidalaşdı

“Neftçi” müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan qvineyalı futbolçu Mamadu Kane ilə vidalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report”a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

O, 25 yaşlı yarımmüdafiəçinin böyük ehtimalla “ağ-qaralar”a qayıtmayacağını bildirib.

Mamadu Kane ötən yay “Olimpiakos”la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ilin yanvarından “Neftçi”də çıxış edir.

Allahverdiyev həmçinin Rusiyanın “Ufa” klubunda çıxış edən Azərbaycan əsilli yarımmüdafiəçi Azər Əliyevlə danışıqların davam etdiyini söyləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR