• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

"Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

İDMAN

16 Oktyabr 2022 | 17:27 | Müəllif: Subhan Mahmudov

"Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, günün ilk matçında "Kəpəz" Gəncədə "Neftçi"ni qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin heyətində 17-ci dəqiqədə Emin Mahmudov, 82-ci dəqiqədə Kenni Sayef fərqlənib.

Bölgə klubunda Zamiq Əliyev 62-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 21 yaşlı yarımmüdafiəçi görüşü ləngidən Kenni Sayefi başla vurduğu üçün meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. 4 xala malik "Kəpəz" "Sumqayıt"la birlikdə 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. Turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Qəbələ" ilə 1:1, "Səbail" səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib, "Sabah" isə doğma meydanda "Zirə"yə qalib gəlib - 1:0.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026