• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Humanitar fasilə neft qiymətlərinin yüksəlişini ləngidib

DÜNYA

28 Noyabr 2023 | 11:55

Humanitar fasilə neft qiymətlərinin yüksəlişini ləngidib

Ötən gün 81,14 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 79,87 dollarla başa vurub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, “Brent” markalı neftin bir barelinin qiyməti bu gün saat 09:52-də bağlanış vaxtı ilə müqayisədə 0,28% artaraq 80,09 dollara çatıb. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 75,05 dollara satılıb.

ABŞ dollarının digər valyutalara nisbətən ucuzlaşması neftin bahalaşmasına dəstək verir. Dolların zəifləməsinin xarici valyuta istifadəçiləri üçün nefti ucuzlaşdıraraq tələbi artıracağı gözlənilir. Eyni zamanda, qlobal neft bazarlarında təklif qeyri-müəyyənliyinin neft qiymətlərinə təsiri davam edir.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və ora daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun noyabrın 30-na təxirə salınan iclasından əvvəl qrupun hasilatının azaldılması ilə bağlı razılığının olub-olmayacağı ilə əlaqədar qeyri-müəyyənliklər davam edir. OPEC+ qrupunun hazırkı hasilatının azaldılmasına baxmayaraq, bazarda artıq təkliflə bağlı narahatlıqlar qiymət artımını məhdudlaşdırır.

Digər tərəfdən, HƏMAS-la İsrailin əsir mübadiləsi və dörd günlük humanitar fasilədən sonra tədarüklə bağlı narahatlıqlar azalıb. Sözügedən humanitar fasilənin 2 gün uzadılması neft qiymətlərinin yüksəlişini ləngidib.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 80,21-80,26 dollar arası diapazonu müqavimət, 79,93-79,84 dollar arası isə dəstək sahəsi kimi baxıla bilər.

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024