• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nəsrullahdan İsrailə: "Cavabımız gəlir"

DÜNYA

07 Avqust 2024 | 12:16 | Müəllif: Gülşən Şərif

Nəsrullahdan İsrailə: "Cavabımız gəlir"

"Qisas əməliyyatını ya təkbaşına, ya da müqavimətin digər cəbhələri ilə birlikdə həyata keçirəcəyik".

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bunu Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah deyib.

O, bildirib ki, beynəlxalq ictimaiyyət Hizbullaha qarşı təmkin çağırışı edir, lakin İsrailin baş naziri Benyamin Netanyahunun qətliamlarını pisləmir:

"Cavabımız gəlir. Nəticələri nə olursa olsun, müqavimət İsrailin hücumlarına imkan verməyəcək. Heç kim bizdən İsrailin Beyruta hücumuna adi hadisə kimi baxmağımızı gözləməməlidir".

Nəsrullahın sözlərinə görə, İsrailə cavabın verilmə tarixinin qeyri-müəyyənliyi Təl-Əviv üçün cəzanın bir hissəsi deməkdir.

Qeyd edək ki, İsrailin Livanın paytaxtı Beyrutda Hizbullahın yüksək rütbəli rəsmisi Fuad Şükrü və İranın paytaxtı Tehranda Həmas lideri İsmayıl Haniyəni qətlə yetirməsindən sonra bölgədə gərginlik artıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026