• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Netenyahu Türkiyəyə səfər edə bilər

DÜNYA

08 Avqust 2023 | 12:33

Netenyahu Türkiyəyə səfər edə bilər

“İsrailin Baş naziri Benyamin Netenyahunun Türkiyəyə səfəri gözlənilir, hazırda tarix razılaşdırılır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin Türkiyədəki səfiri İrit Lilian “Posta”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, tərəflər arasında münasibətlərin normallaşması prosesi davam edir: “Bizim ortaq sərhədimiz olmasa da, ancaq iki qonşu ölkə kimiyik. Əlaqələrimizdə təxminən on il böhran vəziyyəti yaranmışdı. Bizim münasibətlərimiz təkcə iki dövləti yox, bütün regionu maraqlandırır”.

Diplomat bildirib ki, hər iki ölkə terrorizmə qarşı birgə mübarizə aparır.

Qeyd edək ki, B.Netenyahunun iyun ayında Türkiyəyə səfər edəcəyi planlaşdırılırdı. Amma müəyyən səbəblərdən səfər təxirə salınmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026