Azərbaycanda nikaha girənlər arasında nikah müqaviləsi bağlayanların sayı çox azdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Sədaqət Vəliyeva Milli Məclisdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.
"Mən keçən il özüm araşdırma apardım və gördüm ki, cəmi iki gənc arasında nikah müqaviləsi bağlanmışdı. Onlar da xaricdə təhsil alıb gəlmiş gənclər idi. Nikah müqaviləsi mütləq bağlanmalıdır. Bizdə deyirlər ki, bu məcburi deyil. Əvvəllər nikah üçün tibbi yoxlanışa getmək deyilsəydi, heç kim razı olmazdı. Amma qanunvericiliklə icbari ediləndən sonra hər kəs gedir. İndi nikah müqaviləsi bağlanmasını da məcburi edək? Axı dünyanın heç bir yerində bu, məcburi deyil".