• Bakı 24° C

    17.5 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.1932

Nümayəndə heyəti İstanbula gedir - Zelenski TƏSDİQLƏDİ

DÜNYA

01 Iyun 2025 | 17:22

Nümayəndə heyəti İstanbula gedir - Zelenski TƏSDİQLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiya ilə 2 iyun tarixində İstanbulda keçiriləcək danışıqlarda iştirakını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə teleqram kanalında məlumat verib.

“Ukrayna müdafiə nazirinin, xarici işlər nazirinin, Baş Qərargah, kəşfiyyat və Ukrayna Təhlükəsizlik Xidmətinin hesabatlarını dinlədim. İstanbulda bazar ertəsi baş tutacaq görüş öncəsi mövqelərimizi müəyyən etdim”, - deyə Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, danışıqlarda atəşkəs və əsirlərin azad edilməsi müzakirə olunacaq.

“Nümayəndə heyətimizə bazar ertəsi Rustem Umerov rəhbərlik edəcək”, - deyə Zelenski vurğulayıb.

Rusiya mətbuatı İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin yola düşdüyünü bildirib.

Xatırladaq ki, Moskva - Kiyev danışıqlarının birinci raundu mayın 16-17-də İstanbulda keçirilib.


SON XƏBƏRLƏR

02 Iyun 2025