“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimlinin namizədliyi irəli sürərkən prosedur qaydalarına əməl etməyib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən plenar iclasda deputat Etibar Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, belə ki, digər qurumların rəhbər şəxsləri irəli sürdüyü namizədlə bağlı sənədə özü imza atıb, amma AMEA rəhbəri imza atmayıb.
“AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli namizədlik sənədini özü imzalayıb. AMEA prezidenti, deputat, Humnaitar elmi şuranın sədri İsa Həbibəyli niyə sənədi özü imzalamayıb? Xahiş edirəm, bu suala cavab versin”, - deyə deputat bildirib.
Ramid İbrahimov
















