• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Oğlu İranda həbsdə olan ana QORXU İÇİNDƏ: "Elə dərmanlar verərlər ki..." - VİDEO

CƏMİYYƏT

14 Yanvar 2024 | 23:32 | Müəllif: Subhan Mahmudov

Oğlu İranda həbsdə olan ana QORXU İÇİNDƏ: "Elə dərmanlar verərlər ki..." - VİDEO

İranda guya casusluq etmək niyyəti ittihamı ilə həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun vəziyyətindən narahatdır.

Bakıvaxtı.az xəbər verir ki, o, oğlunun intihar edəcəyindən qorxur.

Dilarə Əsgərovanın bildirib ki, oğlu ilə hər gün telefonla danışır. Artıq son vaxtlar Fəridin psixoloji vəziyyətinin yaxşı olmadığını görür.

D.Əsgərovanın sözlərinə görə, Fərid həm tutulmağına qarşı etiraz edir, həm də düşünür ki, ona alışqanlıq yaradan dərmanlar verə bilərlər: "Həmişə həyatını səmərəli keçirən Fərid bu cür şəraitdə günahsız yerə tutulması ilə barışa bilmir".

Dilarə Əsgərova müraciətinin dövlət rəsmilərinə çatdırılmasını, tezliklə oğlunun azadlığa qovuşmasını istədiyini bildirib.

Qeyd edək ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli ötən il fevralın 20-də eyni universitetdə oxuyan iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən Fəridlə əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb və məhkəmənin gedişində maddə casusluğa cəhdlə əvəzlənib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır./xezertv

Ətraflı süjetdə:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026