"Anamdan qorxuram, məni danlayır. Hamımız hər zaman onun ocağına yığışırıq. Qardaşım Balaşın balaları və həyat yoldaşı ilə yaşayır. Anama maddi dəstəyi mən göstərirəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Qonaqcanlı" verilişində deyib. Sənətçi ailəsindən danışıb. O, bildirib ki, anasına maddi dəstək olur.
Oğlu Adildən danışan Xatun onların hər işindən xəbərdar olduğunu deyib:
"Nə yaxşı oğlum ayrı yaşayır. Məni böyük kimi görürlər, harasa gedəndə deyirlər. Məsləhətləşirlər. Oğlum deyir ki, istəyirik harasa gedək, birdən bizə gələrsən. Evin açarı da var məndə. Amma gedəndə də soruşuram".
Qeyd edək ki, Adil ailəlidir və bir övladı var. (Axşam.az)
Bakı 



