• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Oğlumu qorxudub 2350 manat alıb"

CƏMİYYƏT

05 Iyul 2023 | 11:19

"Oğlumu qorxudub 2350 manat alıb"

Qaradağ rayonunda oğluna hədə-qorxu gəlindiyini bildirən şəxs polisə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, Müşfiq qəsəbə sakini G.Əliyev bildirib ki, Zaur adlı şəxs onun 2011-ci il təvəllüdlü oğluna hədə-qorxu gəlib. Bu yolla Zaurun oğlundan 2350 manat aldığını bildirən şəxs onun müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş edib. O, hadisənin iyunun 26-da baş verdiyini, oğlunun qorxduğu üçün evdən götürdüyü 2350 manat pulu həmin şəxsə verdiyini deyib.

Müraciətlə bağlı Qaradağ RPİ-də araşdırma aparılır. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026