• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Oğuzda əkin sahəsində baş verən yanğın söndürülüb - YENİLƏNİB

HADİSƏ

23 Iyul 2023 | 19:54 | Müəllif: Subhan Mahmudov

Oğuzda əkin sahəsində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında doqquz hektar biçilmiş taxıl sahəsi və bir hektar sahədə kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakıvaxtı.az-a verilən xəbərə görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18:33

Oğuz rayonunun Xaçmaz meşəbəyliyinin yaxınlığındakı əkin sahəsində yanğın hadisəsi baş verib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov Bakıvaxtı.az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın məhdudlaşdırılıb və meşəyə keçməsinin qarşısı alınıb.

“Əkin sahəsinin fermer tərəfindən yandırılması təsdiq olunarsa, fermerə ayrılan subsidiyanın dayandırılması üçün aidiyyəti qurumlara müraciət olunacaq”, - C.Qəribov deyib.

Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, meşə sahələrinin, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026