• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Öküz banka hücum etdi - VİDEO

DÜNYA

23 Avqust 2022 | 14:14 | Müəllif: Subhan Mahmudov

Öküz banka hücum etdi - VİDEO

İsrailin Lod şəhərində qəzəbli öküz bank filialına hücum edib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, heyvan sahibindən qaçıb.

Geniş yayılmış kadrlarda öküzün maliyyə qurumunun dəhlizində necə qaçdığı əks olunub. Bankın işçiləri və qonaqları gördükləri mənzərədən qorxuya düşüblər.

Hadisə şahidlərinin dediklərinə görə, öküz özünü aqressiv aparıb, onu sakitləşdirmək səylərinə, o cümlədən sahibinin cəhdlərinə heç bir reaksiya verməyib.

Hadisə yerinə gələn baytar heyvanı sakitləşdirici oxla vuraraq zərərsizləşdirə bilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026