• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"Putin devrilə bilər" - "Referendurumlar" bunun üçündür

DÜNYA

22 Sentyabr 2022 | 13:05

Putin devrilə bilər - Referendurumlar bunun üçündür

“Rusiya Prezidenti Vladimir Putin devrilə bilər”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad deyib.

Onun sözlərinə görə, Rusiyada qismən səfərbərliyin elan olunması hakimiyyəti çətin siyasi vəziyyətə salacaq: “Bu, Kreml rəhbərinin devrilməsi ilə nəticələnə bilər”.

Y.Nad V.Putinin sentyabrın 21-də xalqa müraciətinin pafoslu olduğunu bildirib. O, əlavə edib ki, Ukrayna torpaqlarında keçirilən “referendumlar” gələcəkdə ukraynalıların Rusiya torpaqlarına hücumü ilə bağlı iddialara bəhanə yaratmaq üçündür.

Xatırladaq ki, sentyabrın 21-də V.Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.


SON XƏBƏRLƏR

19 Aprel 2024