• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ölkənin quru sərhədləri gələn həftə açılacaq?-DGK-dan AÇIQLAMA 

İQTİSADİYYAT

07 Iyun 2021 | 11:32

Ölkənin quru sərhədləri gələn həftə açılacaq?-DGK-dan AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə  gömrük orqanlarında  hansısa “mənbə”lərə istinadən iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair məlumatlar yayımlanıb.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna Dövlət Gömrük Komitəsindən (DGK) cavab verilib.

“DGK rəsmi olaraq bildirir ki, sərhədlərin açılmasına dair qərar Azərbaycan Resbublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir, hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur.

Media qurumlarına gömrük orqanlarının fəaliyyəti ilə bağlı informasiyalar yayımlayarkən rəsmi məlumatlara istinad etmək tövsiyə olunur”,-deyə cavabda bildirilib.

 Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026