"İstənilən bir virusun PZR üsulu ilə təyini mümkün olunana qədər, virusun genetik identifikasiyası, yəni təyini (DNT və ya RNT materialı hansı ardıcıllığa malik olması) həyata keçirilir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov deyib.
Z.Bayramov bildirib ki, onların identifikasiyalarını hal-hazırda müasir aparatlar (sekvenatorlar) həyata keçirir. Həmin identifikasiya mərhələsinə sekvenasiya deyilir. Məhz sekvenasiya mərhələsindən sonra biz virusun hansı aminturşu ardıcıllığından ibarət olduğu müəyyən edilir. Eyni zamanda, onun əsas “daşıyıcı” hissəsini PZR reaksiyalarında “təyinedici praymerlər” kimi istifadə edirik.
"Bildiyiniz kimi, dünyada koronavirusun yayılması artmaqdadır ki, bu da virus mutasiyaları ilə bağlıdır. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.
Koronavirus infeksiyasının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu, elmi araşdırmalarla sübut olunmuş faktdır. Ona görə də vətəndaşları sürətlə yayılan yeni ştamnan qorunmaq məqsədilə ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra “buster” doza ilə peyvəndlənməyi tövsiyə edirəm", - deyə Zakir Bayramov qeyd edib.
Aytac Aslan















