• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Omikron"un Azərbaycana gəlmə riski böyükdür" - AÇIQLAMA

CƏMİYYƏT

06 Yanvar 2022 | 10:29 | Müəllif: Subhan Mahmudov

"Omikron"un Azərbaycana gəlmə riski böyükdür" - AÇIQLAMA

COVID-19-un Omikron ştamının ölkəmizə gəlmə riski böyükdür.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə pandemiya ilə bağlı epidemioloji durum stabildir.

"Bayram günlərində insanların təmasları ilə bağlı əhəmiyyətli artımın olması düşünülmür. Lakin Omikron ştamının ölkəmizə gəlmə riski böyükdür. Hələ ki, bu ştamın Azərbaycanda olması rəsmi təsdiqlənməyib. Lakin bu zaman məsələsidir və Omikron ştamının Azərbaycanda aşkarlancağı halda yoluxma saylarında artımın olacağı proqnozlaşdırıla bilər" - T.Eyvazov əlavə edib.

Mütəxəssis Fransada koronavirusun yeni aşkarlanmış "İHU" və ya "B1640.2" adlı variantına da münasibət bildirib. O qeyd edib ki, yeni ştamın xassələri, yəni, yoluxuculuq və xəstəliktörətmə qabiliyyəti haqqında hələ ki, tutarlı məlumatlar yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR