• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Onlarla ehtiyatlı davranın- Ən təhlükəli bürclər AÇIQLANDI

CƏMİYYƏT

18 Sentyabr 2023 | 12:37

Onlarla ehtiyatlı davranın- Ən təhlükəli bürclər AÇIQLANDI

Ən təhlükəli bürclər astrologiya saytlarında mühüm müzakirə mövzusudur.

Bakıvaxtı.az xəbər verir ki, astroloqlar bürclərin cinayətə, davaya nə qədər meyilli olduğunu açıqlayıblar.

1.Tərəzi -Tərəzilər qətlləri zövq üçün deyil, çətin vəziyyətdə ədaləti təmin etmək üçün törətdiklərini bildirib.

2. Qız-Bu bürc gördükləri işləri ən xırda detallarına qədər düşünərək vasvasılıqla hərəkət edir, dəlilləri yox etməkdə və tutulmamaqda müvəffəqiyyətli olduğu düşünülür. Bundan əlavə Qız bürcündə qətldən çox frıldaqçı olması başqa bir detalıdır.

3. Balıq - Statistikaya görə, yaxşı ürəkləri ilə məşhur olan Balıqlar düşündükləri qədər də günahsız deyillər, hətta ən qəribə və qorxulu serial qatilləri də bu qrupdan çıxır. Məsələn, təlxək qiyafəsində Amerikanın ən məşhur serial qatillərindən biri olan Con Ueyn Qeysi Balıq bürcü idi.

4. Oğlaq- Bu bürcün orta sıraya yaxın qatil və psixopat olmasına baxmayaraq, onun içindəki qatillər digər qatillər arasında ən çox qətl törədənlərdir.

5. Qoç - Ani və qəfil qəzəbi ilə tanınan üsyankar və inadkar bürc- Qoç ilk beşlikdədir. Qətllərin əksəriyyəti əsəbi halında baş verir və sonradan peşman olurlar.

6. Buğa - Hirsli, iddialı təbiəti, cəsarətli və güclü xarakterləri ilə tanınan Buğalar zirvədədir. Onlar sırf şərdən və ya psixopatiyadan deyil, öz mənfəətləri üçün qətllər törətməkdən çəkinmirlər. Bunu təsdiq edən başqa bir statistika da buğaların fırıldaqçılıq kimi maliyyə məsələlərində daha çox günahkar olmasıdır.

7. Oxatan- Bu günə qədər cinayət dünyasının kralı olan Oxatan bürcünün siyahının başında olmamasının yeganə səbəbi qətllərin çoxunun özü deyil, onun əmri altında olan digər insanlar tərəfindən törədilməsidir. Ətrafındakı hər kəsin hörmətini qazanan, xarizmatik rəftar və zəka ilə liderliklərini bəyan edən Oxatanlar mafiya başçıları kimi inanılmaz mövqelərə çata bilirlər. Onun ardınca filmlər, seriallar çəkilirdi və haqqında eşitdiyiniz cinayətkarların çoxu Oxatanlar idi. (Pablo Escobar, Ted Budy, Lucky Luciano, Charles Bronson və hətta Stalin)

8. Əqrəb - Özlərinə edilən pisliyi heç vaxt unutmayan Əqrəb bürcünə mənsub cinayətkarların qorxulu tərəfi, törətdikləri qətllərin çoxunu qurban üçün ağrılı və sadist üsullarla törətmələridir. Təbii ki, dünyanın ən məşhur psixopatlarından biri olan Çarlz Mensonun da Əqrəb bürcü olması təsadüfi deyil.

9. Xərçəng -Xərçəng, qəfil parlayan strukturları ilə ən çox qətl törədən bürclərdəndir. Bundan əlavə, digər bürclərdən fərqli olaraq, bu bürcün törətdiyi qətllərin əksəriyyəti qısqanclıq kimi emosional əsaslı şeylərdən qaynaqlanır.

10. Əkizlər - Əkizlər bürcü ən zərərsiz bürc olaraq qeyd edilir... Dəyişkən rəftarlarına görə siyahıda daha yuxarılarda yer alması gözlənildiyi halda, ən az zərərli bürc olaraq qeyd olunması görünür. Eniş-yoxuşları ilə məşhur olan bürc əslində özündən başqa heç kimə zərər verə bilməz.

11. Dolça - İnsanları və hadisələri manipulyasiya etmək qabiliyyəti yüksək olan bu bürcün nümayəndələri psixopatiyalarını ört-basdır edə bildikləri və heç vaxt yaxalanmadıqları üçün çox məsum görünə bilərlər.

12. Şir - Qətl törədən Şir bürclü insanlar ifadələrində “diqqəti cəlb etmək” üçün bürcün xarakterinə uyğun olaraq qətllər törətdiklərini bildiriblər.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026