• Bakı C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

OPEC 2024-2025-ci illər üçün qlobal neft tələbi proqnozunu açıqladı

İQTİSADİYYAT

12 Dekabr 2024 | 13:06

OPEC 2024-2025-ci illər üçün qlobal neft tələbi proqnozunu açıqladı

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il və gələn il qlobal neft tələbatının artımı ilə bağlı proqnozlarını daha da azaldıb. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, OPEC-in dekabr ayı üçün aylıq neft bazarı hesabatında yer alıb.

Hesabata görə, təşkilat qlobal neft tələbinin 2024-cü ildə sutkada 1,61 milyon barel artacağını, lakin ötən ay üzrə 1,82 milyon barel artım proqnozundan təxminən 210 min barel aşağı olacağını proqnozlaşdırır.

OPEC bu proqnozu bu ilin ilk üç rübünün yenilənmiş məlumatları ilə əlaqələndirib.

Təşkilat 2025-ci ildə qlobal neft tələbatının artımını sutkada 1,45 milyon barel səviyyəsində qiymətləndirib ki, bu, ötən ayın göstəricisindən (gündə 1,54 milyon barel) 90 min barel azdır. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Aprel 2025