• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

OPEK Azərbaycanla bağlı proqnozunu AÇIQLADI

İQTİSADİYYAT

10 Fevral 2022 | 23:02 | Müəllif: Subhan Mahmudov

OPEK Azərbaycanla bağlı proqnozunu AÇIQLADI

2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının 0,08 milyon barel/sutka artaraq orta hesabla 0,82 milyon barel/sutka təşkil edəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə OPEK-in aylıq hesabatında qeyd edilib.

Bildirilib ki, 2021-ci ilin dekabrında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,01 milyon barel/sutka artaraq 0,75 milyon barel/sutka təşkil edib.

"Ümumilikdə, neft hasilatı əvvəlki ayla müqayisədə 6 min barel/sutka azalaraq orta hesabla 595 min barel/sutka təşkil edib. 2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı il ərzində 0,01 milyon barel/sutka artaraq 0,74 milyon barel/sutka olub. 2022-ci ildə sutkada 0,08 milyon barel artım proqnozlaşdırılır", - hesabatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026