• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Operativ Qərargah MƏLUMAT YAYDI: Yoluxma sayı...

CƏMİYYƏT

28 Iyun 2022 | 18:07 | Müəllif: Subhan Mahmudov

Operativ Qərargah MƏLUMAT YAYDI: Yoluxma sayı...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 316 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.

Ölkədə son sutka ərzində 1 849, hazırkı dövrədək isə 6 957 854 test aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026