• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ən çox qar bu bölgələrə yağıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

20 Yanvar 2022 | 13:13 | Müəllif: Qalib İbrahimoğlu

Ən çox qar bu bölgələrə yağıb - FAKTİKİ HAVA

Yanvarın 20-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclü olub.

Düşən yağıntının miqdarı:

Sarıbaşda (Qax) 11.0 mm, Balakən, Zaqatalada 6.0 mm, Şərur, Ağdərədə (Ordubad) 3.0 mm, Şahbuz, Daşkəsən, Göygöl, Kişçay (Şəki), Sədərəkdə 2.0 mm, Naxçıvan, Şəmkir, Quba, Qusar, Xaltan, Qrız, Qəbələ, Göyçay, İmişli, Kürdəmir, Cəfərxan, Yardımlı, Lənkəran, Şahdağ, Qobustan, Zərdab, Biləsuvar, Göytəpə, Kəlvəzdə 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü:

Ağdərədə (Ordubad) 35 sm, Sarıbaşda (Qax) 27 sm, Qubada 20 sm, Kəlvəzdə 18 sm, Qrızda 16 sm, Xaltan 8 sm, Altıağacda 6 sm, Daşkəsən, Göygöl, Zaqatala, Şərur, Naxçıvanda 5 sm, Lerik, Sədərəkdə 4 sm, Balakən, Kişçay (Şəki), Şahdağda 3 sm, Qusarda 2 sm olub.

Şimal-qərb küləyinin maksimal sürəti:

Arabir Naftalan 30 m/s, Neftçalada 20 m/s, Mingəçevirdə 18 m/s, Salyanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb

Proses gün ərzində davam edəcək, axşama doğru bir qədər səngiyəcək, 21-dən ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, sonrakı iki gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək. Havanın temperaturu tədricən 3-4° yüksələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026