Ötən gecə 5 ulduzlu oteldə intihar hadisəsi baş verib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə New Yorkda qeydə alınıb.
Belə ki, kimliyi məlum olmayan şəxs 229 m yüksəklikdən özünü aşağı atıb. Otelin pəncərələrinə çırpıldıqdan sonra cəsəd yaxın ərazidəki tikinti yerinə düşüb.
Nəticə etibarı ilə onun bədəninin parçalanmış hissələri ətraf ərazilərdən toplanıb.
Qeyd edək ki, hadisənin hansı zəmində baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Xəyalə Rza



















