• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Ötən ay zərərlənmədən 8 nəfər ölüb

CƏMİYYƏT

06 May 2022 | 15:18 | Müəllif: Qalib İbrahimoğlu

Ötən ay zərərlənmədən 8 nəfər ölüb

Aprel ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 711 nəfər müraciət edib.

Bu barədə Bakıvaxtı.az-a Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən bildirilib.

Məlumatına görə, onlardan 124-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Qəbul olan xəstələrdən 62-si dərmandan, 19-u sirkə turşusundan, 7-si dəm qazından, 1-i göbələkdən, 4-ü etil spirtindən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya səbəbindən, 13-ü allergik reaksiyadan, 10-u isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 5-ni ilan, 1-ni isə əqrəb sancıb.

Zəhərlənən şəxslərin 54-ü qadın, 6-sı kişi, 20-i uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 124 nəfərdən 8-i (6-sı kişi, 1-i qadın, 1-i uşaq) dünyasını dəyişib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR