• Bakı C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.7893

    RUB - 1.6487

Özlərini beş qəpiklik qutab kimi ortalığa atırlar - Parlament üzvündən Avroparlamentə SƏRT CAVAB

SİYASƏT

06 Noyabr 2024 | 09:31

Özlərini beş qəpiklik qutab kimi ortalığa atırlar - Parlament üzvündən Avroparlamentə SƏRT CAVAB

"Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrinə kifayət qədər sərt cavablar verilir. Vurğulanır ki, gedin, öz işinizlə məşğul olun. Bizim Avropa Parlamentinə nə tabeçiliyimiz var, nə də onun qarşısında bir öhdəliyimiz ".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Deputat bildirib ki, Avropa ölkələrində çoxsaylı insan hüquqları pozuntuları baş verir:

"Getsinlər öz işləri ilə məşğul olsunlar. Bir şey olan kimi özlərini beş qəpiklik qutab kimi ortalığa atırlar. Onsuz da dediklərinizin Azərbaycan üçün təsiri yoxdur. Bu cür hərəkətlərlə onsuz da aşağı olan hörmətlərini bir az da aşağı endirirlər”.

Deputat hesab edir ki, bu oyunların arxasında öz acizliyini qəbul etməyən Fransa kimi ölkələr dayanır. Onun sözlərinə görə, Fransa BMT-nin Təhlükəsizlik Şurasında "at oynada" bilmir:

“Fransa 3 dəfə cəhd etsə də, əliboş qaldı. Onların siyasəti alver üzərində qurulub. Yəni demək istəyirlər ki, "fılan məsələdə siz güzəştə gedin, fılan məsələdə də biz güzəştə gedək". Almaniya, İspaniya, Niderland deputatları üçün Azərbaycana qarşı qəbul olunan sənədlər böyük əhəmiyyət kəsb etmir. Bu məsələdə təkid edən Fransadır”.

Rasim Musabəyov: Fransa BMT-nin Təhlükəsizlik Şurasında "at oynada" bilmir

“Məqsəd Azərbaycanı hər vəchlə özlərinə tabe etdirməkdir. Bunu da bacarmırlar", - deyə Rasim Musabəyov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

11 Dekabr 2024