Pakistanın Qucranvala bölgəsində yük avtomobili və iki sərnişin mikroavtobusu toqquşub.
Bakıvaxtı.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, qəza nəticəsində azı 12 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb.
Məlumata görə, yüksək sürətlə hərəkət edən yük avtomobili növbə ilə mikroavtobuslara çırpılıb. Yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.
















