• Bakı 21° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Pakistanda polis bölməsi partladıldı - 10 ölü

DÜNYA

25 Aprel 2023 | 00:51 | Müəllif: Subhan Mahmudov

Pakistanda polis bölməsi partladıldı - 10 ölü

Pakistanda Terrorla Mübarizə İdarəsinin (CTD) polis bölməsinə hücum edilib. 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, canlı bombanın özünü partlatması nəticəsində 10 nəfər ölüb, 28 nəfər yaralanıb.

Xeyber-Paxtunxva əyalətinin Svat bölgəsinin Kabal şəhərində qeydə alınan hadisədə ardıcıl 2 partlayışdan sonra polis məntəqəsi dağılıb. 

Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib. 

Hücumla bağlı istintaq başladılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026