• Bakı 9° C

    0.35 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Pakistanda terror aktları - 50 nəfər ÖLÜB

DÜNYA

27 Avqust 2024 | 09:03 | Müəllif: Əli Hüseynov

Pakistanda terror aktları - 50 nəfər ÖLÜB

Bəlucistan əyalətinin müxtəlif bölgələrində törədilən terror aktları nəticəsində azı 50 nəfər, o cümlədən Pakistan hərbçiləri və hüquq-mühafizə orqanlarının nümayəndələri həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə, hücumlar avqustun 25-i axşam saatlarında başlayıb və Pakistan ordusunun Mastunq, Kalat, Pasni və Suntsar şəhərlərindəki çağırış mərkəzlərinə və polis məntəqələrinə yönəlib. Bundan əlavə, gün ərzində Sibi, Pəncqur, Turbat, Bela və Kvettada terror aktları qeydə alınıb. Nəşr Musaxail rayonunda baş verən epizoda xüsusi diqqət yetirib: orada silahlı şəxslər şəhərlərarası avtomobil yolunu kəsiblər. Ekstremistlər avtobusları, mikroavtobusları və yük maşınlarını saxlayıb, daha sonra sürücüləri və sərnişinləri güllələyiblər.

Hücumlara görə məsuliyyəti Pakistanda qadağan olunmuş Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026