• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Pankreatit: Əsas yaranma səbəbləri nələrdir?

CƏMİYYƏT

22 Yanvar 2022 | 04:18 | Müəllif: Qalib İbrahimoğlu

Pankreatit: Əsas yaranma səbəbləri nələrdir?

Pankreatit - mədəaltı vəzinin iltihabıdır. Bu xəstəlik zamanı mədəaltı vəzinin funksiyaları pozulur ki, bunun nəticəsində orqanizmdə mübadilə proseslərin ciddi pozulmaları inkişaf edir. Xəstəliyə çox tez-tez təsadüf edilir və ildən-ilə daha da artır.

Bakıvaxtı.az aztibb.az-a istinadla xəbər verir ki, pankreatitin inkişaf etmə səbəblərinə aşağıdakılar daxildir:

- spirtli içkilərin qəbulu;

- yağlı, qızarmış, istiotlu, hisə verilmiş qidaların daim qəbulu;

- piylənmə;

- insanda öd daşı xəstəliyi, xolesistit, hepatit kimi xəstəliklərin olması;

- mədə və onikibarmaq bağırsağı xəstəlikləri (xora xəstəliyi, qastrit, şişlər);

- virus infeksiyaları (B hepatiti, epidemik parotit),

- bəzi endokrin xəstəliklər (hiperparatireoz);

- mədəaltı vəzinin travmaları (o cümlədən cərrahi müdaxilələr);

- siqaret;

- ağır qida allergiyası;

- bəzi dərman preparatlarının uzun müddət ərzində istifadəsi (tetrasiklin, sulfanilamid preparatları, sitostatik preparatlar);

- mukovissidoz (irsi xəstəlik);

- irsiyyət.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR