• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Koronavirusun daha yoluxucu, daha təhlükəli variantı ortaya çıxa bilər - ÜST

CƏMİYYƏT

21 Fevral 2022 | 02:08 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirusun daha yoluxucu, daha təhlükəli variantı ortaya çıxa bilər - ÜST

"COVID-19-un daha təhlükəli ştamı yarana biləcr".

Bakıvaxtı.az xəbər verir ki, bu xəbərdarlığı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus edib. Onun sözlərinə görə, koronavirusun daha təhlükəli ştamı yaranması mümkündür. O, koronavirusun daha yoluxucu, daha təhlükəli variantının ortaya çıxması üçün ideal şəraitin olduğunu vurğulayıb.

Dediyinə görə, bəzi ölkələrdə peyvəndin geniş yayılması və koronavirusun "omikron" ştamının xəstəliyin ümumiyyətlə daha az ağır gedişinə səbəb olması “pandemiyanın bitdiyi barədə təhlükəli rəvayətə” səbəb olub.

Bununla belə, ÜST-ün baş direktoru xatırladıb ki, dünyada hər həftə təxminən 70 min insan COVID-19-dan ölür, səhiyyə sistemləri həddən artıq yüklənir və virusun təkamülünün monitorinqi kifayət qədər aparılmır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026