• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Pezeşkian: Regionda sülhün qorunması Tehran üçün əhəmiyyət kəsb edir - YENİLƏNİB

DÜNYA

30 Iyul 2024 | 12:48

Pezeşkian: Regionda sülhün qorunması Tehran üçün əhəmiyyət kəsb edir - YENİLƏNİB

Xalqlarımızın çoxəsrlik dostluğu, sıx tarixi və mədəni əlaqələri ikitərəfli qarşılıqlı fəaliyyətin daha da inkişafı üçün əsasdır.

Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu İranın yeni seçilən prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bildirib.

O əlavə edib ki, İran Ermənistanla dialoqu birgə davam etdirməyə və ikitərəfli qarşılıqlı fəaliyyətin gündəliyini zənginləşdirməyə hazırdır. İranın yeni seçilən prezidenti regionda sülh və sabitliyin bərqərar olması üçün ardıcıl səylərin vacibliyini qeyd edib. O, regionda sülhün qorunmasının Tehran üçün əsas əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib ki, İran bütün məsələləri dialoq yolu ilə həll etməyi zəruri sayır.

N. Paşinyan qeyd edib ki, İranla əlaqələrin çoxşaxəli inkişafı Ermənistan üçün vacibdir, bu, qarşılıqlı hörmət və anlaşmaya əsaslanır: “Mənim bu gün burada olmağım bizim Ermənistanla İran arasında münasibətlərin dərinləşməsinə və əməkdaşlığın ən yüksək səviyyədə möhkəmləndirilməsinə sadiqliyimizdən xəbər verir”.

Xatırladaq ki, iyulun 30-da İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək. Nikol Paşinyan bu tədbirdə iştirak etmək üçün Tehrana səfər edib.

***

12:15

Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei də Nikol Paşinyanı qəbul edib.

***

09:11

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gedəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Nazeli Bagdasaryan bildirib.

    Qeyd edək ki, Pezeşkian iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda seçilib.

    Növbədənkənar seçkilər sabiq prezident İbrahim Rəisinin mayın 19-da vertolyot qəzasında həlak olmasından sonra baş tutub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    07 Noyabr 2026