• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Paşinyanın 3 əsas prinsipi: Ermənistan konkret əmələ keçmirsə...

GÜNDƏM

06 Oktyabr 2023 | 12:11 | Müəllif: Qalib İbrahimoğlu

Paşinyanın 3 əsas prinsipi: Ermənistan konkret əmələ keçmirsə...

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı sülh prosesindən danışıb. Baş nazirin fikrincə, ən mühüm məsələ sülh prosesinin bir neçə əsas prinsip əsasında davam etməsini təmin etməkdir.

Paşinyan bildirib ki, bu prinsiplər Avropa Birliyi Şurasının rəhbərinin 2023-cü il iyulun 15-də Brüsseldə verdiyi bəyanatda qeyd olunub: “Prinsiplərdən biri odur ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qəbul edirlər. Yəni Ermənistan ərazisinin 29,8 min, Azərbaycan ərazisinin 86,6 min kv.km olduğu anlayışı təsdiqlənir. Almatı bəyannaməsi delimitasiya və demarkasiya prosesinin siyasi əsasını təşkil etməlidir. Delimitasiya və demarkasiyanın hansı xəritələrıə aparılacağının razılaşdırılması vacibdir. Bu, 1975-ci ilin xəritələri əsasında aparılmalıdır. Bundan əlavə, regionda kommunikasiyaların açılması ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericilik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında baş verməlidir".

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Paşinyan bu cür fikirləri 3 il bundan öncə səsləndirməyə başlasaydı, daha yaxşı olardı.

Ekspertin sözlərinə görə, görünür, erməni baş nazirin konkret sülhdən və əsas prinsiplərdən danışması üçün anti-terror əməliyyatları keçirilməli və Paşinyanın başı daşdan-daşa dəyməliydi: "Əslində çox gecikmiş açıqlamadır, amma hazırda Nikol Paşinyan məcburən də olsa reallıqlardan çıxış etməyə başlayıb. Baş nazirin 3 əsas prinsipi gündəmə gətirməsi və 1975-ci ilin xəritəsindən danışması bundan xəbər verir”.

Müsahibimiz qeyd edib ki, Paşinyanın sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı gündəmə gətirdiyi 1975-ci ilin xəritəsi SSRİ Müdafiə Nazirliinin Baş Qərargahında olan sənədlərdir. Dediyinə görə, əgər erməni baş nazir bu xəritəyə istinad edərək sərhədlərin müəyyənləşməsini istəyirsə, o zaman bilməlidir ki, Qazaxın bir neçə kəndini də Azərbaycana qaytarmalıdırlar: “Yəni sərhədlərin demarkasiya və delimitasiyası 1975-ci ilin xəritəsinə əsasən həyata keçirilsə, Ermənistana qeyri-qanuni verilmiş bütün torpaqlar Azərbaycana geri verilməlidir. Bəlkə də Paşinyan söylədiklərinin fərqində deyil, amma sənədlər bunu deyir. Ancaq demarkasiya və delimitasiya prosesi uzunmüddətli işdir”.

İlqar Vəlizadə: Paşinyan bu cür fikirləri 3 il öncə səsləndirməyə başlasaydı, daha yaxşı olardı

İ.Vəlizadə deyib ki, bu məsələdə komissiyalar davamlı işləməlidir və konkret əməli iş görülməlidir.

“Paşinyan kimi sadəcə danışmaqla nəticə əldə etmək qeyri-mümkündür. Nə qədər ki, Ermənistan konkret fəaliyyətə başlamayıb, deyilənlərin hamısı boş, lüzumsuz sözlər olaraq qalacaq", - deyə İlqar Vəlizadə əlavə edib .

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR