• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Pasiyentləri girov saxlayan qadın həbs edildi - VİDEO

DÜNYA

05 Mart 2024 | 11:52

Pasiyentləri girov saxlayan qadın həbs edildi - VİDEO

Almaniyanın Axen şəhərində Luisen klinikasında barrikada quran və hüquq-mühafizə orqanları ilə əlaqə saxlamayan 65 yaşlı qadın saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə martın 5-də Köln polisinin press-relizində məlumat verilib.

Şöbədən verilən məlumata görə, o, martın 4-də silah, iri kamikadze kəməri və başqa bir naməlum əşya ilə xəstəxanaya daxil olub. Qadın tibb müəssisəsinin əməkdaşlarını hədələyib, daha sonra xəstələrin palatasına keçib, pirotexniki əşya yandırıb və dəhlizə atıb.

Yerli mediada onun 10-20 nəfər girov saxladığı barədə məlumatlar yayılmışdı.

Polislərin onunla ünsiyyət qurmaq cəhdləri uğursuzluğa düçar olub. Nəhayət o, əlində şübhəli əşya ilə təhlükəsizlik əməkdaşlarına tərəf getdikdə polis ona qarşı silah tətbiq etməli olub. Nəticədə qadın ağır yaralanıb. Sonradan məlum olub ki, partlayıcı kəmər saxta, silah isə boş olub.

İstintaq zamanı o da məlum olub ki, hadisə baş verən gün səhər saatlarında 65 yaşlı qadının mənzili yanıb. Hazırda yanğını onun özünün törətdiyi ehtimal olunur.

Müstəntiqlər onun xəstəxanaya əvvəlcə intihar niyyəti ilə gəldiyini də güman edirlər.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq başladılıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026