• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Penitensiar xidmət və DİN-dən Maştağada birgə əməliyyat

CƏMİYYƏT

23 Mart 2025 | 21:51 | Müəllif: Subhan Mahmudov

Penitensiar xidmət və DİN-dən Maştağada birgə əməliyyat

Bakının Sabunçu rayonunda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin birgə əməliyyat nəticəsində yarım kq-dan çox narkotik aşkarlanaraq müsadirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sözügedən dövlət qurumlarının birgə məlumatında bildirilib.

“Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Dilavər Məhərrəm oğluna məxsus 528,025 qram heroin, 31,48 qram qurudulmuş marixuana və 317,322 qram metamfetamin Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 210 ünvanda aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026