• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Pentaqon rəhbəri koronavirusa yoluxdu

DÜNYA

15 Avqust 2022 | 21:36

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin koronavirus testi müsbət çıxıb. Nəticədə Pentaqonun rəhbəri özünütəcrid vəziyyətinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, onun yazılı açıqlamasına görə, Ostinin simptomları orta dərəcədədir.

O, növbəti beş gün ərzində evdə karantində olacaq. Xəstəliyinə baxmayaraq, Ostin müdafiə idarəsinin rəisi kimi ona həvalə edilmiş bütün vəzifələri maksimum dərəcədə yerinə yetirməyə davam edəcək. 

Austin əlavə edib ki, bu yaxınlarda COVID-19-dan sağalmış ABŞ prezidenti Co Bayden ilə son şəxsi əlaqə iyulun 29-da baş tutub. O, virusa qarşı tam peyvənd olunduğunu da qeyd edib.

Bundan əvvəl Pfizer-in rəhbəri Albert Burlanın koronavirusa yoluxduğu bildirilirdi. Eyni zamanda, o, öz şirkəti tərəfindən hazırlanmış COVID-19-a qarşı Pfizer-BioNTech peyvəndinin dörd dozasını alıb.


SON XƏBƏRLƏR