• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Qadın 13-cü mərtəbədən yıxıldı - VİDEO

DÜNYA

14 Sentyabr 2022 | 20:47 | Müəllif: Subhan Mahmudov

Qadın 13-cü mərtəbədən yıxıldı - VİDEO

Rusiyada Krasnoyarskda, Karaulnaya küçəsində qadın mübahisədən sonra 13-cü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb.

Bakıvaxtı.az bildirir ki, hadisənin videosunu "Kras Mash" Telegram kanalı yayıb.

Kadrlarda qadının çoxmərtəbəli binanın yuxarı mərtəbələrinin birindən necə yıxıldığı görünüb. Başqa bir videoda qadının yıxıldığı yer göstərilib.

Qonşuların sözlərinə görə, qadın səhər saat 7 radələrində pəncərədən yıxılıb, ondan əvvəl mənzildən qışqırıq və söyüş səsləri eşidilib. Rus qadının olduğu mənzil gündəlik kirayə verilib.(mili.az)

Bildirilib ki, qonşular zibil qutusunda butulkaların cingiltisini eşidiblər. Hadisənin şahidləri bildirib ki, qadın mənzildən qaçmağa çalışıb, ancaq onu geriyə sürükləyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026