• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Piknik üçün 8 məkan

CƏMİYYƏT

11 Aprel 2023 | 10:24 | Müəllif: Qalib İbrahimoğlu

Piknik üçün 8 məkan

Havalar bir balaca isinən kimi hər kəs, xüsusilə də gənclər piknik üçün məkan axtarışına çıxırlar.

Bakıvaxtı.az bunu nəzərə alaraq bir neçə əlverişli məkanı araşdırıb sizlərə təqdim edir.

Böyükşor bulvarı (Sabunçu qəsəbəsi): Geniş ərazini zəbt edən bulvar piknik etməyiniz üçün əlverişli məkanlardan biridir. Qaçmağı sevənlər və velosiped həvəskarları da unudulmayıb. Onlar üçün qaçış və velosiped zolaqları da salınıb.

Zabitlər parkı ( Nəsimi rayonu): Park 4 ha ərazidə salınıb. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və maraqlı bürünc heykəllər qoyulub.

Dədə Qorqud parkı (Nərimanov rayonu): 2013-cü ildə salınmış Dədə Qorqud Parkı da piknik etməyiniz üçün münasibdir. Yaşıllığı və parkın içində yerləşən böyük gölün görüntüsü göz oxşayır.

Mərkəzi park (Nizami): 20 ha ərazidə yerləşən park piknik və fotosessiya üçün əlverişlidir. Parkda ümumilikdə 9 fəvvarə var. Yaşıllıq və hüzur axtarışında olanların üz tutduğu məkan ola bilər.

Yasamal parkı (Yasamal): Piknik üçün daha əlverişli məkanlardan biri də Yasamal parkıdır. Bakı şəhərinin Yasamal rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "+82 Qərb" su anbarının ərazisində yerləşir.

Çəmbərəkənd parkı (Səbail rayonu): 8 İyun 2022-ci ildə istifadəyə verilən park öz gözəlliyi və əsrarəngiz rəngləri ilə göz oxşayır. Piknik üçün üz tutmağa layiq məkandır.

Flarmoniya bağı ( İçərişəhər): Bakının mərkəzində yerləşən məkanlardan biridir. Bağda müxtəlif tipli qədim ağaclar mövcuddur və parkın yaşıllığı piknik ab-havası bəxş edir.

Meşə parkı: 4 ha ərazinin 70%-dən çoxu yaşıllıqdır. Meşə ab-havasında piknik etmək istəyənlərin seçəcəyi məkandır.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026