• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pikselləşdirilmiş mətnlərin bərpası üçün xüsusi alqoritm yaradılıb

CƏMİYYƏT

18 Fevral 2022 | 02:55 | Müəllif: Qalib İbrahimoğlu

Pikselləşdirilmiş mətnlərin bərpası üçün xüsusi alqoritm yaradılıb

 Məlumatların kofidensiallıqlarını qorumaq üçün çox zaman pikselləşdirmə üsulundan istifadə edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu üsul hər hansısa mətni ayrı-ayrı nöqtələr şəklində bulanıq formaya salır. Lakin məlum olub ki, məlumatların konfidensiallıqlarını qorumaq üçün bu üsul yetərli olmaya bilər. Belə ki, kibertəhlükəsizlik üzrə mütəxəssis Dan Petro xüsusi alqoritm hazırlayıb və həmin alqoritm pikselləşdirilmiş simvolları bərpa etməyə imkan verir. Bu cür prosesi yerinə yetirəcək alqoritmin yaradılması ideyası Jumpsec Labs adlı şirkətin elan etdiyi xüsusi müsabiqədən sonra yaranıb. Belə ki, həmin müsabiqə çərçivəsində mütəxəssislər pikselləşdirilmiş mətnləri deşifrələməli idilər.

Unredacter

Bazarda insanların və digər obyektlərin əks olunduqları pikselli təsvirlərin keyfiyyətlərinin yaxşılaşdırılması üzrə hazır üsullar olsa da, onlar hərflər kimi kiçik simvollar üçün nəzərdə tutulmayıblar. Buna görə də Dan Petro bununla bağlı öz fərdi alqoritmini yaratmaq qərarını verib və onun cəhdi uğurla nəticələnib. Açıq mənbəli koda sahib Unredacter adlı alqoritm artıq GitHub-a yerləşdirilib (technote.az). Mütəxəssis istifadəçilərə məlumatların pikselləşdirilməsi üsulu ilə konfidensiallıqlarını yüksəltməkdən imtina etməyi məsləhət görüb. Onun sözlərinə əsasən bu və ya digər mətnin yaxşı qorunması üçün mətnin üzərinə yerləşdirilən qara zolaqlardan istifadə etmək lazımdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026