• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycan Novruz bayramını qeyd edir

CƏMİYYƏT

20 Mart 2022 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan Novruz bayramını qeyd edir

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.

Bakıvaxtı.az
-ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur.

Qeyd edək ki, bahar fəsli Azərbaycana bu il martın 20-də saat 19:33-də daxil olur.

Bakıvaxtı.az xəbər portlalı olaraq xalqımızı Novruz bayramı münasibətilə təbrik edir. hər kəsə ruzi-bərəkət, sevinc dolu günlər, əmin-amanlıq arzulayırıq.

BAYRAMINIZ MÜBARƏK!

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026