• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Polad Bülbüloğlu ilə bağlı yayılan video saxtadır” - Səfirlikdən açıqlama

GÜNDƏM

17 Iyul 2024 | 18:36 | Müəllif: Subhan Mahmudov

“Polad Bülbüloğlu ilə bağlı yayılan video saxtadır” - Səfirlikdən açıqlama

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi səfir Polad Bülbüloğlunun sosial şəbəkələrdə səhhəti haqqında yayılmış video-müraciəti ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, səfirliyin məlumatında qeyd olunur ki, Polad Bülbüloğlunun adından özünü pis hiss etməsi ilə bağlı "Facebook" sosial şəbəkəsində yayılan videomüraciət saxtadır.

“Feysbuk sosial şəbəkəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından guya özünü pis hiss etməsi, həkimlərə müraciət etməsi və məcburi müalicə kursu keçməsi ilə bağlı videomüraciət yayılıb. Nəzərə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun gəlmir və yalan məlumatları əks etdirir”,- səfirlikdən bildirilib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR