• Bakı 15° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.0781

"Politico": Kanada Aİ-yə daxil ola bilər

SİYASƏT

21 Aprel 2025 | 16:59

Politico: Kanada Aİ-yə daxil ola bilər

"Kanadanın Avropa Birliyinə daxil olması mümkündür". 

Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, bu, Kanadanın "Abacus Data" araşdırma şirkətinin açıqlamasında yer alıb.

Sorğunun nəticələrinə görə, kanadalıların 44%-i ölkənin Aİ-yə daxil olmasını dəstəkləyir, 34%-i isə əleyhinədir. 

Avropa Komissiyasının mətbuat katibi Paula Pinyo bildirib ki, Avropa İttifaqına üzvlük üçün yalnız Avropa ölkələri müraciət edə bilər.

Maastrixt Universitetində Aİ-nin demokratiyaya xarici dəstəyi professoru Qisele Bosse xatırladıb ki, rəsmi və hüquqi nöqteyi-nəzərdən Avropa dövləti anlayışı sabit deyil və yalnız kontinental Avropa ilə məhdudlaşmır: 

"Bir çox Aİ ölkələrinin Karib dənizində, Sakit okeanda və ya Arktikada xarici əraziləri var. Knadalılar müəyyən mənada xüsusi avropalılardır. Çünki onların bir çoxu siyasi təşkilatını, hüquq sistemini və demokratik istəklərini Avropadan götürürlər".

Avropa İslahatları Mərkəzinin analitik mərkəzinin direktor müavini Lan Bond isə vurğulayıb ki, Kanada Avropalıq sınağından keçsə belə, buna praktiki iqtisadiyyat mane olacaq. Kanada Aİ-yə daxil olarsa, ölkə ABŞ ilə gömrük sərhədi yaratmalı və Aİ-nin Amerika mallarının idxalına tariflər və məhdudiyyətlər tətbiq etməli olacaq. Bu cür dəyişikliklər ölkə üçün inanılmaz dərəcədə iqtisadi ziyan vuracaq.

Qeyd edək ki, hazırda Aİ üzvlüyünə doqquz ölkə namizəddir: Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro. Bundan əlavə, Aİ tanınmamış Kosovonu namizəd hesab edir. 

Gülşən Şərif


SON XƏBƏRLƏR