• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polşanın Kalininqraddakı konsulluğu bağlandı

DÜNYA

27 Avqust 2025 | 23:16 | Müəllif: Gülşən Şərif

Polşanın Kalininqraddakı konsulluğu bağlandı

Polşanın Kalininqraddakı konsulluğu rəsmən bağlanıb.

Bakıvaxt.az xəbər verir ki, bu barədə konsulluğun saytında məlumat verilib.

Məlumata görə, Kalininqraddakı Baş Konsulluğunun bağlanış mərasimi Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevskinin iştirakı ilə baş tutub.

Qeyd edək ki, mayın 12-də Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə rəhbərliyinin Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanması barədə qərar qəbul etdiyini bildirib. Buna Rusiya xüsusi xidmət orqanlarının Varşavadakı ticarət mərkəzlərindən birində təxribat törətməkdə əli olması səbəb göstərilib.

Öz növbəsində, Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş cavab tədbiri olaraq Polşanın Kalininqrad və ya İrkutskdakı konsulluğunun bağlana biləcəyini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR