• Bakı 22° C

    3.41 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Pomidorunfaydasıqədər ziyanı da var

CƏMİYYƏT

20 Iyun 2022 | 05:22

Pomidorun faydası qədər ziyanı da var

Qiymətli qida məhsulu olan pomidorun təkibində qanın formalaşmasına və maddələr mübadiləsinə müsbət təsir edən alma və limon orqanik turşuları daxil olmaqla bir sıra faydalı maddə var.

Bakıvaxtı.az xəbər verir ki, pomidorlar əsasən mövsüm vaxtı təzə halda daha çox vitaminlərlə zəngindir.

Yetişmiş pomidor kalium və C vitamini ilə zəngindir, onların tərkibinə zülallar, nişasta, orqanik turşular, sellüloz, mineral maddələr (kalium, kalsium, natrium, maqnezium, dəmir, kükürd, fosfor və başqaları), həmçinin karotinr və likopin (onlar miqdarından asılı olaraq pomidorlara sarı-narıncı və ya qırmızı rəng verirlər) B qrupunun vitaminləri, nikotin və folio turşuları daxildir.

Təzə pomidorlar və tomat şirəsi aşağı turşuluq dərəcəsiylə qastritlər, zəiflik və depressiyalar, yaddaşın pisləşməsi, qaz azlığı və orqanizmdə yüksək xolesterinin olması vaxtı çox faydalıdır. Tomat şirəsi qan təzyiqini aşağı salır.

Pomidor mübadilə prosesini və həzm yolunun fəaliyyətini nizama salır, böyrəklərin və cinsiyyət vəzilərinin işini gücləndirir. Bu xüsusiyyətlər pomidorların tumlarının qabığında olduğu üçün onları təmizləmək lazım deyil. Qırmızı pomidordan hazırlanmış sıyığı bir ay ərzində şişmiş damarların üzərinə qoyurlar.

Konservləşdirmiş pomidorların tərkibində həmçinin bağırsaqların mikroflorasına müsbət təsir edən süd turşusu yaranır. Pomidorun qabıqlı istifadəsi bağırsaqların yaxşı işləməsinə imkan yaradır.

Pomidorun faydası qadər ziyanı da var. Belə ki, böyrəklərdə daşlar olduğu zaman pomidorun təkibindəki orqanik turşular kəskin ağrılar yarada bildiyi üçün istifadə etmək məsləhət deyil. Tomat şirəsindən uzun müddətli istifadə böyrəklərdə və sidik kisəsində daşların yaranmasına gətirib çıxara bilər. Böyrəklərin və ürək-damar xəstəlikləri vaxtı, həmçinin hipertoniya vaxtı duzlu və turşuya qoyulmuş pomidorlardan istifadə etmək məsləhət deyil.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026