• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Deputatın qızı Bakıda böyük obyekt tikdirir - FOTO

CƏMİYYƏT

19 Iyul 2022 | 21:36

Deputatın qızı Bakıda böyük obyekt tikdirir - FOTO

Bu il iyun ayının 29-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşəcək obyektin tikintisinə icazə verib.

Bakıvaxtı.az yeniavaz.com-a istinadən xəbər verir ki, ümumi sahəsi 617,24 kv. metr olan obyektin sifarişçisi Günay Fəzail qızı Ağamalıdır.

Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) inşa olunacaq obyekt Tibb Universitetinin yaxınlığnda yerləşir.

Məlumat üçün bildirək ki, Günay Ağamalı millət vəkili Fəzail Ağamalının qızıdır. Hazırda “Buta” uşaq bağçasının rəhbəri olan Günay Ağamalı ixtisasca psixoloqdur. Günay Ağamalı eyni zamanda atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir.  


Deputatın qızı Bakıda böyük obyekt tikdirir - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026