“Gələn il SOCAR-ın Heydər Əliyev adına NEZ-də aparılan modernizasiyanın hazırkı mərhələsi sona çatacaq və premium (95) benzinin istehsalı Azərbaycanda da mümkün olacaq, bu da həmin benzin növünün təchizatı baxımından idxaldan asılığımıza son qoyacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
O qeyd edib ki, hazırda bu benzin növü Azərbaycanda nisbətən az istehlak olunur: “Əsas istehlak olunan yanacaq növləri ölkə daxilində istehsal olunan dizel və Ai-92 benzinidir”.
Qeyd edək ki, bu gün xaricdən idxal olunan premium (95) benzin növünün qiyməti bahalaşıb.
Ramid İbrahimov
Bakıvaxtı.az













jpg-1625056784.webp)


