• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Prezident: “Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə..."

SİYASƏT

18 Yanvar 2023 | 21:09 | Müəllif: Subhan Mahmudov

Prezident: “Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə..."

“Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.

“1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün dünyanın üzləşdiyi əsas problemin legitim mənbəyi yoxdur, bunlar, sadəcə, baxışlar, ambisiyalar və virtual liderlik uğrunda mübarizə ilə bağlıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026