• Bakı 21° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Prezidentin yeni köməkçisi kimdir? - DOSYE 

SİYASƏT

24 Noyabr 2022 | 17:52

Prezidentin yeni köməkçisi kimdir? - DOSYE 

Xəbər verdiyimiz kimi,  Azərbaycan Respubliskasının Prezidenti İlham Əliyev Andrey Sipilini prezidentin köməkçisi təyin edib.

Bakıvaxtı.az prezidentin köməkçisi  A.Sipilin haqqında məlumatı təqdim edir:

Andrey Spilin 1995-1999-cu illərdə siyasi elmlər üzrə bakalavr təhsili alıb. Daha sonra o, təhsilini magistr dərəcəsi üzrə 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznes mühasibatçılığı və audit ixtisası üzrə davam etdirib. 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində hüquq, Azərbaycan Dövlət İqtisad Universitetində isə biznes idarəetməsi və audit ixtisası üzrə təhsil alıb.

A.Spilin 1999-cu ildə Konstitusiya Məhkəməsinin Hüquqi təminat və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi şöbəsinin əməkdaşı, 2001-ci ildə isə müdiri təyin edilib.

2003-cü ildən "McDermott Caspian Contractors" şirkətində fəaliyyətə başlayıb.

2008-ci ildə isə Paşa İnşaat MMC-də işə qəbul edilib.

26 dekabr 2019-cı ildən 24 noyabr 2022-ci ilədək Azərbaycan Respubliaksının Birinci vitse-prezidentinin köməkçisi olub.


SON XƏBƏRLƏR

19 Aprel 2024