“Litva mikrodövlətdir”.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Litva parlamentinin iş adamı Yevgeni Priqojinin yaratdığı “Vaqner” təhlükəsizlik şirkətini terror təşkilatı kimi tanıması qərarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Litva o qədər balaca dövlətdir ki, Litva parlamentarilərinin fikirləri hətta qonşu ölkələrin - Latviya və Estoniya sakinlərinə çətin ki, təsir edə bilər”.
Priqojin onu da əlavə edib ki, qərarın qəbulu “Vaqner”in işinə heç bir şəkildə təsir etməyəcək.
Qeyd edək ki, Litva parlamenti Vladimir Putinə yaxınlığı ilə tanınan və Ukraynada fəaliyyət göstərən iş adamı Yevgeni Priqojinin yaratdığı Rusiya təhlükəsizlik şirkəti “Vaqner”i “terror təşkilatı” kimi tanıyan qətnamə qəbul edib.
Litva höküməti digər ölkələri də “Vaqner”i terror təşkilatı kimi tanımağa çağırıb.
Nuranə
















