Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan "Aurus" markalı avtomobil hədiyyə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
KCNA-nın qeyd etdiyi kimi, Kim Çen In üçün hədiyyəni fevralın 18-də onun bacısı, Koreya Fəhlə Partiyasının (WPK) Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conq qəbul edib. O, Putinə minnətdarlığını çatdırıb.
















